RU

Bu ölkəyə Azərbaycandan 3 milyondan çox pul köçürüldü

Bu ilin yanvar ayında Azərbaycandan Gürcüstana 3,30 milyon ABŞ dolları köçürülüb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Bankının məlumatında bildirilib.

İllik müqayisədə pul köçürmələrinin həcmində 0,83% artım qeydə alınıb. Yanvarda Azərbaycandan qonşu ölkəyə daxil olan pul köçürmələrin ümumi köçürmələrdəki payı 1,36%-ə bərabər olub.

Hesabat ayında Gürcüstandan Azərbaycana göndərilən pul vəsaitlərinin məbləği isə 3,62 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni göstəricisindən 30,8% çoxdur.

Yanvar ayında Gürcüstana xarici ölkələrdən ümumilikdə 242,44 milyon ABŞ dolları köçürülüb. Bu, illik müqayisədə 8,5% azdır. Gürcüstandan isə xarici ölkələrə 28,3 milyon ABŞ dolları (+8,4%) göndərilib.

Qonşu ölkəyə pul köçürmələrinin həcminə görə ilk üçlüyə ABŞ (47,31 milyon ABŞ dolları), İtaliya (46,16 milyon ABŞ dolları) və Rusiya (25,46 milyon ABŞ dolları) daxil olub.

Избранный
33
3
axar.az

4Источники