RU

Sabah bəzi ərazilərdə İŞIQ OLMAYACAQ

Naxçıvan şəhərinin elektrik enerjisinin verilişində fasilə yaranacaq.Bu barədə Naxçıvan Dövlət Energetika Xidmətindən məlumat verilib. Bildirilib ki, 110/35/10 kV "Xalçaçılıq" yarımstansiyasından qidalanan 16 №-li 10 kilovoltluq hava elektrik verilişi xətti yeni çəkilən xəttə köçürmə işləri ilə əlaqədar sifarişə əsasən açılacaq. Bununla əlaqədar 18 fevral 2025-ci il tarixində saat 11:00-dan 12:00-a qədər Naxçıvan şəhərinin 56 və 58-ci məhəllələrində elektrik enerjisinin verilişində qısamüddətli məhdudiyyət yaranacaq. Köçürmə işləri başa çatdıqdan sonra sözügedən xətt üzərində olan ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Избранный
142
20
turanpress.com

10Источники