"Qalatasaray"ın "Napoli"dən icarəyə götürdüyü ulduz futbolçu Viktor Osimhen geridə qalan qış "transfer pəncərəsi"ndə bir çox böyük klubların diqqət mərkəzində olub.

Offsideplus.az xəbər verir ki, nigeriyalı oyunçuya adlı-sanlı komandalardan təkliflər gəlsə də o "sarı-qırmızı" formanı geyinməyi üstün tutub.

Türkiyəli idman jurnalisti Yakup Çınarın yaydığı məlumata görə, Osimhenin müqaviləsində dövrələrarası fasilədə "Qalatasaray"dan ayrılmasına maneə olacaq heç bir maddə olmayıb. Viktor sadəcə təklif gəlsə belə mövsümü "Cim-Bom" ilə tamamlayacağına söz verib və ona "Yuventus", "Mançester Yunayted" və "Çelsi"dən təklif gəldiyi halda imtina edərək sona qədər sözünün üzərində durub.