RU

Mask Səudiyyə Ərəbistanına danışıqlar üçün gələn Lavrov və Uşakovun səriştəsini yüksək qiymətləndirib

ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask Amerika nümayəndələri ilə danışıqlarda iştirak etmək üçün Səudiyyə Ərəbistanına gələn Rusiya xarici işlər naziri Sergey Lavrovun və Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun yüksək səriştəsini qeyd edib...

Poliqon xəbər verir ki, o bu barədə X sosial şəbəkəsində yazıb.

"Səriştəli liderlik belə görünür", deyə Mask yazıb.

Qeyd edək ki, fevralın 18-də RusiyaABŞ-ın yüksək rütbəli nümayəndələri arasında bir neçə ildən sonra ilk şəxsi danışıqlar baş tutacaq. Ər-Riyadda baş tutacaq görüşdə Rusiya tərəfdən Lavrov və Uşakov iştirak edəcək. Amerika tərəfdən dövlət katibi Mark Rubio, prezidentin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və Ağ Evin Yaxın Şərq üzrə elçisi Stiv Vitkoff Səudiyyə Ərəbistanına gələcək.

Poliqon.info

Избранный
47
1
poliqon.info

2Источники