RU

Paris sammitində Aİ liderləri müdafiə xərclərinin artırılması və Kiyev üçün təhlükəsizlik təminatlarını müzakirə ediblər

Avropa liderləri Parisdə fövqəladə sammit keçirərək ABŞ prezidenti Donald Tramp administrasiyasının Avropanın iştirakı olmadan Moskva ilə danışıqlar aparmaq niyyəti ilə bağlı nə edəcəyini müzakirə ediblər. İclasdan sonra konkret qərarlar elan olunmayıb, lakin Aİ və NATO müdafiə sahəsinə daha çox sərmayə qoymağın, eləcə də Kiyevə etibarlı təhlükəsizlik təminatlarının verilməsinin zəruriliyini bəyan edib...

Poliqon xəbər verir ki, bu barədə BBC Rus Xidməti yazıb.

Danışıqlarda Fransa, İngiltərə, Almaniya, İtaliya, İspaniya, Danimarka, Polşa, Hollandiya liderləri, həmçinin NATOAvropa İttifaqının liderləri iştirak ediblər.

Parisin təşəbbüsü ilə Ukrayna ilə bağlı təşkil olunan qeyri-rəsmi görüşdə Almaniya, İtaliya, Polşa, İspaniya, Hollandiya və Danimarka, eləcə də Böyük Britaniyanın nümayəndələri iştirak edirlər. Görüş üçün bu ölkələrin nümayəndələri ilə yanaşı, Avropa Komissiyasının və Avropa Şurasının sədrləri, NATO-nun baş katibi də Fransanın paytaxtına gəlib. Onlar Ukraynadakı münaqişənin sülh yolu ilə həllində Avropa dövlətlərinin iştirak imkanlarını, o cümlədən onun ərazisində Fransa, Böyük BritaniyaPolşa kontingentlərinin yerləşdirilməsi perspektivlərini müzakirə edəcəklər.

Poliqon.info

Избранный
41
poliqon.info

1Источники