RU

Ötən gün 24 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb

DİN: Ötən gün 24,1 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 17-də ümumi çəkisi 24,1 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

DİN mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 9 kiloqrama yaxın heroin, 11,7 kiloqrama yaxın marixuana və 3,4 kiloqramdan çox metamfetamin olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Избранный
31
26
operativmedia.az

10Источники