RU

Rusiyanın Suriyadakı aviabazası dron hücumuna məruz qalıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Fevralın 18-nə keçən gecə Rusiyanın Suriyadakı Hmeymim aviabazası pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın "Telegram" kanalları məlumat dərc ediblər.
Dronların hücumundan sonra Rusiya Hərbi Kosmik Qüvvələrinin aviasiya qrupunun yerləşdiyi bazada döyüş həyəcanı elan edilib.
"Pantsir" hava hücumundan müdafiə sistemi dərhal işə salınıb. "Telegram" kanalların yazdığına görə, atəş və partlayış səsləri eşidilib. Bir saatdan sonra atəş səsləri kəsilib.
Rusiya Müdafiə Nazirliyi hadisəni nə təsdiq, nə də təkzib edib.
Избранный
45
35
oxu.az

10Источники