RU

Dağlıq ərazilərə qar yağıb

Dağlıq

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən “Ulusum”.az -a verilən məlumata görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib.Lakin bəzi şərq rayonlarında hava şəraiti qısamüddətli yağıntılı olub. Belə ki, düşən yağıntının miqdarı Astarada 3, Lənkəranda 2, Şabran, Oğuz, Qəbələ, Quba, Cəlilabadda 1 mm-dək olub.Dağlıq ərazilərə qar yağıb, yağan qarın hündürlüyü Xaltan, Qusarda 1 sm-dir.Fevralın 17-də şimal-qərb küləyi əsib, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Bakıda və Abşeron yarımadasında 19 m/s-dək güclənib.Naftalan, Şəmkir, Zaqatala, Şəki, Şamaxı, Oğuz, Qusar, Lerik, Qrız, Yevlax, Zərdab, İmişli, Cəfərxan duman müşahidə olunub. Görünüş məsafəsi 200 metrədək məhdudlaşıb.Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 5 dərəcəyədək isti, Naxçıvan MR-da, dağlıq rayonlarda eyni zamanda Qarabağ və Şərqi Zəngəzur bölgəsində 8 dərəcəyədək şaxta qeydə alınıb.

Diqqət Çəkənlər

İlyas İsmayılov vəfat edib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Natalya Koçanova Azərbaycana səfərə gəlib

Избранный
107
48
ulusum.az

10Источники