Sarı və qırmızı soğan mətbəxdə tez-tez istifadə olunan iki ərzaqdır. Onların hər ikisinin ləzzət və fayda baxımından fərqli xüsusiyyətləri var. Qırmızı soğanlar daha şirindir və salatlarda istifadə olunur. Sarı soğan daha acıdır, buna görə də yeməklərdə üstünlük verilir.
News365.az xəbər verir ki, araşdırmalar göstərir ki, soğan iltihabla mübarizə aparır və immun sistemini gücləndirir. O, ürəyi qorumağa, bəzi xərçəng növlərinə yoluxma riskini azaltmağa və bədənin insulin istehsalını asanlaşdırmağa kömək edən tərkibə malikdir. Soğanlar yaxşı vitamin, mineral və lif mənbəyidir.
Soğan yeyənlərin fərqi:
Soğanın bir çox növü xərçənglə mübarizəyə kömək edir.
Bəzi araşdırmalar göstərir ki, soğan yeyən insanlarda yoğun bağırsaq (kolon), boğaz və yumurtalıq xərçənginə tutulma riski daha aşağıdır.
Sarı soğanın faydaları:
• Prebiotik baxımından zəngindir.
• Həzm sisteminə faydalıdır.
• Bədəndə detoks təsiri yarada bilər, zülal strukturunu gücləndirə bilər.
• Şəkərli diabet riskini azaltmağa kömək edə bilər.
• Yeməklərə daha güclü ləzzət və aroma qatır. Buna görə güveç, sous, şorba, kabab kimi yeməklərdə sarı soğanın dadı seçilir.
• Qızartmalarda, qril, sote və ya karamelizasiya üçün istifadə edilə bilər.
• Qırmızı soğana nisbətən daha uzun müddət saxlanıla bilər. İşıqdan uzaq, sərin və quru yerdə saxlanmalıdır.
Qırmızı soğanın faydaları:
• Antioksidantlar ehtiva edir, hüceyrə zədələnməsinin qarşısını ala bilər.
• Damarları qoruyaraq ürək xəstəlikləri riskini azaldır.
• C vitamini və fitokimyəvi maddələr baxımından daha zəngindir.
• Yüngül şirin dadı olduğuna görə çiy halda istehlak etmək daha asandır.
Ağ soğan
Ağ soğan adətən kiçik olur və nazik qabığa malikdir. Bu səbəbdən xırtıldayan quruluşu var. Gözü bir qədər qıcıqlandıran güclü qoxu yayır, lakin dadı sarı soğandan daha yumşaq və az kəskindir. İnce dilimləndikdə salatlara ləzzət qatır.
Hansını seçməlisiniz?
• İmmunitet və həzm üçün sarı soğan daha faydalı ola bilər.
• Ürək sağlamlığı və antioksidant baxımından qırmızı soğan daha üstün hesab edilir.
• Salatlar üçün daha şirin və yüngül dadlı qırmızı soğan daha uyğundur.
• Daha kəskin dada malik sarı soğan yeməklərdə daha çox istifadə edilir.