"Milan"ın və Danimarka millisinin sabiq üzvü Simon Kyaerin yeni iş yeri məlum olub.
QOL.az xəbər verir ki, kemiş müdafiəçi ölkəsinin “Mityulland” klubunun İdarə Heyətinə üzv seçilib. Bu barədə Danimarka klubunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 35 yaşlı Kyaer futbolçu karyerasını bu ilin yanvarında bitirib. O, “Sevilya” və “Fənərbaxça”da da oynayıb.