RU

AzMİU-nun tələbələri “Adlı təqaüd”ə layiq görülüblər (FOTO)

Bakı. Trend:

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzvüTəhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi(ATİAHİRK) tərəfindən təhsildə və tələbə həmkarlar ittifaqıhərəkatında fəal iştirak edən 100 tələbəyə “Adlı təqaüd” təqdimedilib. Mükafatçılar sırasında Azərbaycan Memarlıq və İnşaatUniversitetinin (AzMİU) 6 tələbəsi də yer alıb.

Trend xəbərverir ki, bu barədə AzMİU məlumat yayıb.

Bildirilib ki, tədbir AHİK-in Azərbaycan Əmək və SosialMünasibətlər Akademiyasında (AƏSMA) keçirilib. TədbirdəKonfederasiya və ATİAHİRK rəhbərləri, nüfuzlu ali təhsilmüəssisələrinin rektorları, tələbə həmkarlar ittifaqı komitələrininsədrləri, eləcə də AƏSMA-nın müəllim və tələbə heyəti iştirakediblər.

Tədbir Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmişşəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi vəDövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra çıxış edən AHİK-nin sədri Sahib Məmmədov ölkəmizdəhəyata keçirilən gənclər siyasətindən, gənclərin potensialınıninkişafı və yüksəkixtisaslı kadr kimi formalaşması istiqamətindəgörülən işlərdən danışıb. O, Prezident İlham Əliyevin rəhbərliyiilə gənclərin vətənpərvər ruhda böyüməsi, onların bilik vəbacarıqlarının artırılması, sosial rifahının yaxşılaşdırılması üçünhəyata keçirilən tədbirləri vurğulayıb. Heydər Əliyev FondununAzərbaycan gəncliyinin inkişafına verdiyi töhfələri qeyd edərəkBirinci vitse-prezident Mehriban Əliyevanın elm, təhsil,mədəniyyət, səhiyyə və idman sahələrində uğurlu layihələrərəhbərlik etdiyini bildirib.

Çıxışlarda bildirilib ki, AHİK dövlətin gənclər siyasətinədəstək verir, onların sosial müdafiəsini gücləndirmək, əməkhüquqlarını qorumaq və potensialını inkişaf etdirmək məqsədiləmüxtəlif layihələr həyata keçirir. Bu layihələrdən biri olan “Adlıtəqaüd” proqramı tələbələrin elm və təhsilə marağını artırmağaxidmət edir.

Tədbirin sonunda “Adlı təqaüd”ə layiq görülən tələbələrəhədiyyələr təqdim olunub. Təqaüd alan gənclər çıxış edərəkgöstərilən etimadın onları daha yaxşı oxumağa və elmə maraqlarınıartırmağa təşviq etdiyini bildiriblər.

AzMİU-nun
AzMİU-nun
AzMİU-nun
AzMİU-nun
AzMİU-nun
AzMİU-nun
Məqalədə:
Избранный
69
22
az.trend.az

10Источники