RU

"Borussiya" futbolçusu üçün 102 milyon avro istəyir

"Borussiya”nın futbolçusu Ceymi Qittens İngiltərə Premyer Liqasında oynaya bilər.

Apasport.az “Bild”ə istinadən xəbər verir ki, Dortmund təmsilçisinin vingeri “Arsenal”, “Tottenhem”, “Çelsi”nin maraq dairəsindədir. 20 yaşlı futbolçunun menecerinə London klubunun rəsmiləri rəsmi təklif göndərib.

“Borussiya” isə ingilisə görə 102 milyon avro qazanmaq istəyir. Gittens bu mövsüm 33 oyun keçirib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib. Ceymi 2022-ci il iyulun 1-dən “Borussiya”da oynayır. Onun klubla müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.

Qeyd edək ki, ingilis futbolçu "Mançester Siti"nin yetirməsidir.

"Beşiktaş" kapitanı ilə müqavilə yeniləyib

"Bavariya" "Bayer"in futbolçusu üçün 140 milyon ödəməyə hazırdır

"Mançester Yunayted" Eriksenlə bağlı qərarını verdi

Neymar "Santos"da ilk qolunu vurub - VİDEO

Ranyeri Dibalanın son durumunu açıqlayıb

Избранный
35
1
apasport.az

2Источники