RU

“Təklif gəlməsə, Mahir “Nürnberq”də oynamağa davam edəcək ”

Almaniyanın “Nürnberq” klubunun İdarə Heyətinin üzvü Joti Çatzialexiu Mahir Emrelinin komandadan hansı şərtlə ayrıla biləcəyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, o bu barədə “Bild” nəşrinə açıqlama verib. 

Belə ki, J.Çatzialexiu 27 yaşlı hücumçu ilə maraqlanan Cənubi Koreya təmsilçisi “Seul”dan konkret təklif olmadığını bildirib: “Mahirin bəlli qiymətinin olması mənə aydındır. Yalnız bundan sonra dəyişiklik haqqında düşünməyə hazır olacağıq”. 

İdarə Heyətinin üzvü Emrelinin məşqlərə başladığını da söyləyib: “Artıq məşqlərdən kənarlaşdırılmayacaq. Mən də onunla bu məsələni müzakirə etmişəm. Biz təzyiq altında deyilik. Cənubi Koreya təmsilçisi bizimlə yenidən əlaqə saxlayacaqmı? Bunu etməsələr, Mahir “Nürnberq” üçün oynamağa davam edəcək və inanıram ki, qollarını da vuracaq”.

Qeyd edək ki, Mahir Emreli ötən yay Zaqreb “Dinamo”sundan “Nürnberq”ə keçib.

Избранный
6
10
qafqazinfo.az

10Источники