RU

Aİ yeni cəbhə yaradır? Kremldən vahid Avropa ordusu barəsində açıqlama

Hurriyyet.az "İnterfaks" agentliyinə istinadla xəbər verir ki, RF Prezidentinin mətbuat katibi Dmitri Peskov Kremlin Avropa İttifaqının  vahid ordusunun yaranması təşəbbüsü ilə bağlı müzakirələri izləyəcəyini bəyan edib.

Peskov fevralın 18-də jurnalistlərlə görüşü zamanı vahid Aİ ordusunun yaradılması təşəbbüsündən danışarkən deyib: "Perspektiv planlara gəlincə, əlbəttə ki, onları çox diqqətlə izləmək, öyrənmək və nəticələr çıxarmaq lazımdır. Qeyd edim ki, indiyə qədər Avropa İttifaqının hər hansı bir birgə müdafiə layihəsi olmayıb. Hələ bu ordunun qurulub-qurulmayacağını bilmirik. Onun hansı əsaslarla qurulacağı da bəlli deyil".

Hürr Tərcüman

 

Избранный
27
1
hurriyyet.az

2Источники