RU

ATİAHİ sədri "Hədəf" liseyində pedaqoji heyətlə görüş keçirib

Fevralın 15-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin sədri Araz Paşayev “Hədəf” liseyində keçirilən Pedaqoji Şuranın iclasında iştirak edib.

“İki sahil” xəbər verir ki, iclasda liseyin fəaliyyət istiqamətləri və yarımillik nəticələri müzakirə olunub.

İclasda çıxış edən ATİAHİ-nin Respublika Komitəsinin sədri Araz Paşayev ittifaqın fəaliyyəti barədə iştirakçılara geniş məlumat verib. O, ittifaqın əsas məqsədinin təhsil işçilərinin əmək, sosial və iqtisadi hüquqlarının müdafiəsi, onların sosial rifahının yaxşılaşdırılması, əmək şəraitinin təkmilləşdirilməsi və kollektivin peşəkar inkişafına dəstək olmaqdan ibarət olduğunu vurğulayıb.

Araz Paşayev həmçinin özəl təhsil müəssisələrində həmkarlar ittifaqlarının ilk ərazi təşkilatının yaradılmasının vacibliyindən bəhs edərək, bu addımın müəllimlərin hüquqlarının daha səmərəli qorunmasına və kollektivin əmək şəraitinin yaxşılaşdırılmasına töhfə verəcəyini qeyd edib. O, həmkarlar ittifaqlarının yalnız sosial müdafiə mexanizmi kimi deyil, eyni zamanda pedaqoji heyətin maraqlarını birləşdirən və onların peşəkar inkişafını dəstəkləyən mühüm bir platforma olduğunu da bildirib.

İclasın sonunda liseyin təsisçi direktoru Şəmil Sadiq, ATİAHİ-nin sədri Araz Paşayevə iştirakına görə minnətdarlığını bildirib, liseyin fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb və gələcəkdə bu təşkilatla qarşılıqlı əlaqələrin inkişafına toxunub.

Избранный
16
ikisahil.az

1Источники