RU

Avropa komissarı: Aİ Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək

ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv etsə belə, Avropa İttifaqı (Aİ) bu addımı atmaq niyyətində deyil.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu iqtisadi məsələlər üzrə Avropa komissarı Valdis Dombrovskis Brüsseldə bildirib.

Onun sözlərinə görə, Aİ öz sanksiya siyasətini həyata keçirəcək.

"ABŞ-nin yeni administrasiyasının siyasətini nəzərə alaraq, Aİ təhlükəsizliyi ilə bağlı məsələləri öz əlinə almalıdır, bu, sanksiya siyasətinə də aiddir. Bilirsiniz ki, hazırda 16-cı paket üzərində iş gedir", - o, atəşkəs müqabilində ABŞ-nin Rusiyaya qarşı sanksiyaları ləğv edəcəyi təqdirdə Aİ-nin bu addımı atıb-atmayacağı ilə bağlı jurnalistlərin sualını cavablandırarkən bildirib.

Избранный
24
4
report.az

5Источники