RU

“Tesla” Hindistanda əməkdaş axtarışına başlayıb

Bakı, 18 fevral, AZƏRTAC

Amerikalı milyarder İlon Mask və Hindistanın Baş naziri Narendra Modi arasında Vaşinqtonda keçirilən görüşdən sonra elektrik avtomobilləri istehsalçısı “Tesla” Asiya ölkəsində işçi axtarışına başlayıb.

AZƏRTAC xəbər verir ki, müvafiq elanlar şirkətin sosial media hesabında yerləşdirilib. “Tesla” əsasən məsləhətçilər, operatorlar və müştəri xidmətləri üzrə mütəxəssislər daxil olmaqla 13 vəzifəyə namizəd axtarır. Vakansiyalardan beşi Mumbay şəhəri üçün, qalanları isə Dehli üçün nəzərdə tutulub.

Xatırladaq ki, Narendra Modi ilə İlon Mask arasında görüş fevralın 13-də baş tutub. Görüşdə Hindistan və ABŞ şirkətləri arasında innovasiya və süni intellekt sahəsində əməkdaşlığın gücləndirilməsi, həmçinin səmərəli dövlət idarəçiliyi məsələləri müzakirə olunub.

İlon Mask hələ 2023-cü ildə Dehliyə Hindistanda “Tesla” şirkətinin avtomobil istehsalını yerləşdirmək üçün investisiya təklifi edib. Təklifə ildə 500 min elektromobil istehsal edəcək zavodun tikintisi, istehsalın lokallaşdırılması və məhsulların üçüncü ölkələrə ixracı daxildir.

Hazırda Hindistanda elektriklə çalışan avtomobil bazarının həcmi cəmi iki faizdir. Dehli 2030-cu ilədək bu göstəricini 30 faizə çatdırmağı planlaşdırır.

Избранный
10
2
azertag.az

3Источники