RU

Cənab Prezidentin rəhbərliyi altında Azərbaycan idmanı yeni zirvələr fəth edib



"Cənab Prezidentin rəhbərliyi altında Azərbaycan idmanı yeni zirvələr fəth etmiş, idmançılarımız dünya miqyasında böyük uğurlara imza atmışdır. Onun idman sahəsinə olan xüsusi diqqəti və dəstəyi ölkəmizi idman mərkəzlərindən birinə çevirmişdir. Əminik ki, bundan sonra da Milli Olimpiya Komitəsinin rəhbərliyi altında Azərbaycan idmanı daha böyük nailiyyətlər əldə edəcək".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ülvi Quliyev MOK-un IX Hesabat-seçki baş məclisinin yekunlarını dəyərləndirərkən söyləyib.

Millət vəkili diqqətə çatdırıb ki, MOK-un IX Hesabat-seçki baş məclisində dövlətimizin başçısı yekdilliklə növbəti 4 il müddətinə qurumun rəhbəri seçilib:

"Cənab İlham Əliyevin yenidən Milli Olimpiya Komitəsinin Prezidenti seçilməsi münasibətilə səmimi təbriklərimizi çatdırırıq! Bu mühüm qərar, onun ölkə idmanının inkişafına verdiyi töhfələrin və Azərbaycan idmanının beynəlxalq arenada qazandığı uğurların yüksək qiymətləndirilməsinin bariz nümunəsidir.

Bu münasibətlə Azərbaycan Karate Federasiyası adından Cənab İlham Əliyevə möhkəm cansağlığı, yeni uğurlar və Azərbaycanın idman sahəsində davamlı inkişafını arzulayırıq!".

Süleyman
Избранный
34
newscenter.az

1Источники