"Los-Anceles"in hücumçusu Olivye Jiru ABŞ-da qarət edilib.
QOL.az "TMZ Sports"a istinadən xəbər verir ki, quldurlar fevralın əvvəlində 38 yaşlı futbolçunun evinə soxulublar.
Jiruya dəyən zərər 500 min dollar civarında qiymətləndirilir. Bir neçə qiymətli əşyanın, o cümlədən 10 ədəd saatın oğurlandığı bildirilir. Hələlik həmin şəxslərin kimliyi müəyyən olunmayıb. Polis məsələ ilə bağlı araşdırmaları davam etdirir.
Qeyd edək ki, Fransa millisinin sabiq üzvü 2024-cü ilin yayından MLS-də oynayır.