RU

Kıvanç və həyat yoldaşını təhdid edən şəxsin cəzası açıqlandı

Türkiyəli aktyor Kıvanç Tatlıtuğ və həyat yoldaşı Başak Dizerin həyatını kabusa çevirən bir nəfər durmadan cütlüyü təhdid edib. Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə mediası bildirib.Belə ki. 2021-ci ildə də şübhəli S.A.-ya qarşı aktyor və xanımını öldürməklə hədələdiyi iddiası ilə 2 ilə qədər həbs tələbi olub. Sözügedən şəxs sosial mediada təhdid və təhqirlərinə davam etdikdə məşhur cütlük yenidən məhkəməyə müraciət edib. Prokurorluq şübhəli şəxsə qarşı iddia qaldıraraq, 4 il həbs cəzası istəyib. Ona qarşı davam edən iki iddiadan sonra şübhəli 2022-ci ildə yenə Kıvanç və həyat yoldaşına ölüm mesajları göndərib. 

Cütlük daha bir şikayətlə müraciət etdikdə təqsirləndirilən şəxsə qarşı təhdid və təhqirlərə görə yeni iddia qaldırılıb. İstanbul Asliye Cəza Məhkəməsində işə baxılıb. Tərəflərin müdafiəsindən sonra məhkəmə kollegiyası iş üzrə qərar qəbul edib. Məhkəmə şübhəli S.A.-ni zəncirvari təhdidlər törətmək cinayətinə görə 9 ay həbs cəzasına məhkum edib. Bundan əlavə, ona 13 min 500 lirə məhkəmə cəriməsi kəsilib.

Zərintac MayisqızıMissiya.Az

Избранный
79
50
missiya.az

10Источники