RU

Tuneldə maşın qəfil alışdı, yol polisləri dərhal söndürdü - VİDEO

Paytaxtın Ziya Bünyadov prospektində alışmağa başlayan maşın Dövlət Yol Polisi əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Avtosfer.az-ın məlumatına görə, hadisə fevralın 17-də axşam saatlarında qeydə alınıb. Belə ki, 77-NV-298 dövlət nömrə nişanlı “Chevrolet” markalı avtomobil tuneldə hərəkətdə olduğu zaman anidən alışmağa başlayıb. İddialara əsasən, yanğına səbəb elektrik naqillərindəki qısaqapanmadan qaynaqlanıb. Bu zaman ərazidən keçən sürücülər və DYP əməkdaşları yardım ediblər. Kadrdan da göründüyü kimi, yol polisləri qaz balonunun köməyi ilə alovlanan maşını qısa zamanda söndürməyə nail olublar.

Nərmin

Избранный
13
avtosfer.az

1Источники