İtaliyalı mütəxəssis Arriqo Sakki məşqçiliyə qayıtmaq istəyir.
Futbolpress.az xəbər verir ki, bu barədə 78 yaşlı mütəxəssis İtaliya mətbuatına açıqlamasında deyib:
“İtaliyada və ya ölkə xaricində işləyə bilərəm. Braziliya, Argentina və İspaniyadan təkliflər var”.
Sakki məşqçi kimi “Milan”, “Parma”, “Fiorentina”, “Atletiko” klublarında və İtaliya yığmasında işləyib. O, “Milan”la 2 dəfə Çempionlar Liqasını qazanıb.