RU

Putin Makronla telefonla danışmaqdan birdəfəlik imtina edib

Rusiya prezidenti Vladimir Putin Fransa prezidenti Emanuel Makronla telefonla danışmaqdan birdəfəlik imtina edib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kremlə yaxın insayderlər məlumat yayıblar.

Bildirilib ki, Putin Ukrayna problemini yalnız ABŞ prezidenti Donald Trampın komandası ilə həll etmək niyyətindədir.

Məlumatda o da bildirilib ki, Rusiya prezidenti fransalı həmkarının ona zəng etmək və beynəlxalq siyasi vəziyyət və Ukrayna nizamlanması məsələsini müzakirə etmək təklifini son üç həftə ərzində azı dörd dəfə rədd edib.

“Səbəb odur ki, Putin indi Makronu sadəcə olaraq, hərbi əməliyyatların dayandırılmasında sıçrayış etməyə kömək edə biləcək yüksək statuslu həmsöhbət kimi qəbul etmir. Bir vaxtlar Makronla çoxlu telefon danışığı olub, şəxsi görüşlər də olub. Nəticə həmişə sıfır və ya sıfıra yaxın olub. Ona görə də indi, Trampın səyləri sayəsində layiqli sülh sazişinin bağlanacağına ümid yaranada yenidən Markonla zəngləşməyin heç bir mənası yoxdur. Üstəlik, Makron digər Avropa liderləri tərəfindən də nüfuzlu şəxs kimi qəbul edilmir, ona görə də o, heç nə vəd edə bilməyəcək”, - mənbə qeyd edib.
Избранный
6
1
sherg.az

3Источники