RU

Azay Möhnətov qohumlarına qadağa qoyub? - Bahalı maşın sürməyin!

Azərbaycanda "bazarlar kralı" kimi daha çox məşhur olan Azay Möhnətovla bağlı maraqlı məlumat yayılıb...

Poliqon xəbər verir ki, "EuroHome”in sahibi ətrafında olan yaxın qohumlarına bahalı avtomobildən istifadə etməyi qadağan edib.

İş adamının bu tapşırığını onun yanında işləyən qohumları yerinə yetirib.

Belə ki, Azay Möhnətovun biznesinə rəhbərlik edən qardaşı oğlu Yalçın Möhnətovun qiyməti yüz min manatlarla ölçülən "Gelanvagen" avtomobilini satıb.

Maraqlıdır ki, bahalı avtomobillərini satan iş adamının qohumları dəyəri 40-50 min manat olan avtomobil nömrələrindən istifadə etməkdədirlər.

Sosial şəbəkədə yayılan məlumatda A. Möhnətovun işlərinin bir hissəsinə nəzarət edən Sarvan adlı bacısıoğlunun 10-??-010 kimi nömrələrdən istifadə etdiyi yazılır.

Qeyd edək ki, Azay Möhnətov Bakıda və Rusiyada bazarla sahibdir. EvroHome adlı bazarlar şəbəkəsi A. Möhnətova məxsusdur.

Poliqon.info

Избранный
33
poliqon.info

1Источники