RU

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi gücləndirilmiş iş rejiminə keçib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi gözlənilən hava şəraiti ilə əlaqədar olaraq gücləndirilmiş iş rejiminə keçib.

AzNews.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, Bakıda Agentliyin xidmət etdiyi küçə və prospektlərdə, həmçinin respublikanın avtomobil yollarında, xüsusən dağlıq və dağətəyi ərazilərdən keçən yollarda qarlı və şaxtalı hava şəraitinin avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətində yarada biləcəyi hər-hansı problemi aradan qaldırmaq məqsədi ilə maşın-mexanizm və texnikalar hazır vəziyyətə gətirilib, tələb olunan miqdarda qum və texniki duz ehtiyyatı toplanıb.

Qarın çox yağdığı və buzlaşmanın olduğu yollar nəzarətdə saxlanılır, avtonəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə qabaqlayıcı tədbirlər görülür.

Agentlik yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi istiqamətində addımlar atsa da, şinləri mövsümə uyğun olmayan, təcrübəsiz sürücülərin idarə etdiyi avtonəqliyyat vaitələrinin hərəkətində problemlər yarana bilər.

Избранный
34
7
aznews.az

10Источники