Bakı. Trend:
ABŞ-nin Florida ştatının Mayami-Deyd dairəsində 2025-ci ilin 26fevral tarixi Xocalının Anım Günü elan edilib. Mayami-Deyddairəsinin meri Daniella Levin Kava, Komissarlar Şurasının sədriAnthony Rodriguez (Entoni Rodriges) bununla bağlı Bəyannaməimzalayıb.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatverilib.
Bildirilib ki, Bəyannamədə 1992-ci il fevralın 25-dən 26-nakeçən gecə Xocalıda 600-dən çox günahsız insanın, mülki şəxsinamansızlıqla qətlə yetirildiyi qeyd olunub. Beynəlxalq insanhaqları təşkilatı olan “Human Rights Watch”un (HRW) Xocalısoyqırımını regionda baş verən ən dəhşətli qətliam adlandırdığıvurğulanıb. Dairə sakinləri Xocalı soyqırımının 33-cü ildönümünü,anım gününü xüsusi hörmət və ehtiramla qeyd etməyə dəvətolunub.
Sənəd Floridada fəaliyyət göstərən Azərbaycan-Amerika MədəniyyətAssosiasiyasının təşəbbüsü ilə imzalanıb və Assosiasiyanın rəhbəriTöhfə Eminovaya təqdim edilib.
2006-ci ildə Mayamidə yaradılan Azərbaycan-Amerika MədəniyyətAssosiasiyası (AAMA) Azərbaycanın tarixi, mədəniyyəti vəhəqiqətlərinin ABŞ-də təbliği, Amerika və Azərbaycan gəncləriarasında dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətindəfəaliyyət göstərir.
Qeyd edilib ki, diaspor təşkilatlarının və fəallarının gördüyübu kimi işlər Azərbaycan reallıqlarının, tarixi həqiqətlərininbeynəlxalq ictimaiyyətə düzgün çatdırılması baxımından olduqcafaydalıdır.