Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək ''Real'' ilə ''Mançester Siti''nin dueli böyük səbirsizliklə gözlənilir.
''Football-plus.az'' xəbər verir ki, ötən həftə Mançesterdə baş tutan oyunda ''Real'' 3:2 hesablı əzmkar qələbə qazanaraq cavab matçı ərəfəsində önəmli üstünlük əldə etmişdi. Bu arada ''şəhərlilər''in çalışdırıcısı Xosep Qvardiola oyunöncəsi mətbuat konfransında diqqətçəkən açıqlama verib.
O, komandasının növbəti mərhələyə yüksəlmək şansı barədə suala belə cavab verib:
''Məndən ''Santyaqo Bernabeu''da qalib gəlmək ehtimalımızı soruşursuzsa, indiki durumu nəzərə aldıqda belə ehtimal minimaldı, hətta deyərdim ki, 1 faizə bərabərdi. Amma nə qədər ki şans var biz sona qədər döyüşəcəyik. Buna əminəm''.
Maraqlıdı ki, bukmekerlər Qvardiolanın komandasına onun özündən daha çox güvənir. Çünki ünlü məşqçi komandasının qalib gəlmək ehtimalının 1 faiz olduğunu dediyi halda bukmekerlərin fikrincə, ''Siti''nin mərhələ adlamaq şansı 19 faizdi!
ƏLİ
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта