İran Prezidenti Məsud Pezeşkianın Təbriz Mədəniyyət Həftəsinin bağlanış mərasimində məşhur azərbaycanlı şair Şəhriyarın “Heydərbabaya salam” şeirini səsləndirməsi hələ də müzakirə edilir. Onun bu addımı həm İranda, həm Azərbaycanda böyük coşğu və səs-küy yaradıb.
Hər kəs İranın türk əsilli (azərbaycanlı-red.) prezidentinin nümayişkaranə şəkildə auditoriya qarşısında “indi türkcə şeir deyəcəm” söyləməsinə həm sevinib, həm də təəccüb edib. İran rejimi Azərbaycan türkcəsinə öz ərazisində 45 ildir basqı tətbiq edir. İndi bu ölkənin prezidentinin öz ana dilində böyük bir tədbirdə Şəhriyardan şeir söyləməsi ciddi hadisə kimi qarşılanır. Nəzərə alaq ki, “Heydərbabaya salam” şeiri o taylı-bu taylı azərbaycanlıların ortaq milli marşı kimidir.
Məsud Pezeşkianın doğma dilinə “türk dili” deməsi Azərbaycanda bir məsələni aktuallaşdırır. Ölkəmizdə bu dil niyə “türk dili” yox, “Azərbaycan dili” kimi təqdim olunur?
Məlumdur ki, türk dünyasına açılım etmişik, Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya sürətlənib, amma türk sözü hələ də milli kimliyimizdən və rəsmi dilimizdən uzaq tutulur. Bu gün M.Pezeşkinanın belə “türkcə” dediyi dilə biz rəsmən “türk dili” demirik. Hətta Prezident İlham Əliyev ötən il 14 fevralda andiçmə mərasimində dövlətin əsas siyasi və ideoloji xəttini elan etdi. Dedi ki, başqa yerdə ailə axtarmağa dəyməz, bizim ailəmiz türk dünyasıdır.
Maraqlıdır, Məsud Pezeşkinanın “türkcə” dediyi dilə biz zaman rəsmən “türk dili” deyəcəyik?
Globalinfo.az-a danışan Azərbaycan mühacirət tarixinin tədqiqatçısı Dilqəm Əhməd dilimizin türk dili və ya Azərbaycan türkcəsi adlandırılmasının tərəfdarı olduğunu qeyd edib.
Dilqəm Əhməd
Onun fikrincə, Azərbaycan Respublikasında yaşayan əsas etnosun adının da türk və ya Azərbaycan türkü kimi adlandırılması vacibdir:
“Azərbaycanlı” adlı etnos yoxdur. “Azərbaycanlı” ölkəmizdə yaşayan bütün xalqların üst kimliyidir. Yəni vətəndaşlıq anlamındadır. Biz Azərbaycan Cümhuriyyətinin varisiyik, onun simvollarını da qəbul etmişik. 1918-ci ilin iyununda dilimiz rəsmi şəkildə türk dili elan edilib. Ən doğrusu da budur. “Azərbaycan dili” ifadəsini məqbul hesab etmirəm”.
D.Əhməd deyib ki, İlham Əliyev Türk Dövlətləri Təşkilatının ən önəmli lideridir:
“Nəzərə alaq ki, Arazın o tayındakı soydaşlarımız da dillərinə türk dili, özlərinə türk deyirlər. Aramızda fərqlilik olmamalıdır. Prezidentimiz Türk Dövlətləri Təşkilatının ən önəmli lideridir. Düşünürəm ki, qısa zamanda bu məsələnin həlli istiqamətində müvafiq addımlar atacaq”.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта