RU

“Şamaxı”nın legioneri: “Premyer Liqada qalmağı haqq edirik”

Azərbaycan Premyer Liqasının XXIII turunda keçirilən “Kəpəz” – “Şamaxı” matçı 1:1 hesablı bərabərliklə yekunlaşdı.

Oyundan sonra Şamaxı təmsilçisinin futbolçusu Maykl Tuik “FutbolPress”in suallarını cavablandırdı.

Braziliyalı hücumçu əvvəlcə matç barədə fikirlərini bölüşdü:

– Çətin oyun oldu. Bu 1 xal bizim üçün çox önəmliydi.

Növbəti turda daha iddialı “Turan Tovuz”la qarşılaşacaqsız. Çətin olmayacaq?

– Bizi çox gərgin bir qarşılaşma gözləyir. İstirahətləri çıxsaq, 3 günümüz qalır. Çalışacayıq ki, məşq zamanı məşqçilərimizin tapşırıqlarını yerinə yetirək və oyuna tam hazır olaq.

– Belajdi Pusi və Leroy Mikelsin yoxluğunda 90 dəqiqə oynadın. Öz performansını necə qiymətləndirirsən?
– Yavaş-yavaş özümü daha yaxşı hiss edirəm. Əlbəttə, fiziki cəhətdən daha da artırmağa ehtiyacım var.

– Komandaya uyğunlaşma prosesin necə keçir?
– Hər şey yaxşıdır. Məşqçilər heyəti və komanda kömək olur. Getdikcə, daha da yaxşılaşır.

– “Şamaxı”ya qışda qoşulmusan. Qışdan sonra isə keçirilən 5 oyundan sonra cəmi 1 qələbəniz var. Komandada geriləmə hiss eləmirsən?
– Biz irəliləyirik. Komandada yeni oyunçular var və hər gün daha da inkişaf edirik.

– Premyer Liqada qalmaq mübarizəsi gərgin keçir. “Şamaxı”nın bu mübarizədə şansı nə yerdədir?
– Biz bunu bilirik. Güclü komandamız və yaxşı məşqçilərimiz var. Düşünürəm ki, elitada qalmağı haqq edirik.

– Qələbə qazanmağa yaxın idiz, lakin avtoqol buna mane oldu. Burada kimi günahlandırırsan?
– Oyun çətin keçdi. Hər iki komanda yaxşı mübarizə apardı. İlk hissədə “Kəpəz” daha yaxşı idisə ikinci hissədə biz daha yaxşı idik. Burada heç kimi günahlandırmaq olmaz. Hər bir halda yaxşı mübarizə oldu və səfərdə heç-heçə də pis nəticə sayılmır.

– Ayxan Abbasov oyun fəlsəfəsini necə qiymətləndirirsən?
– Düşünürəm ki, məşqçimizin böyük təcrübəsi var. 31 yaşım olmasına baxmayaraq hər gün ondan və komandadan yeni şeylər öyrənirəm.

Mirkamal Kazım

Избранный
57
futbolpress.az

1Источники