RU

Valverde: “Hakimlikdən danışmıramsa, bu, özümü tanıdığım üçündür”

Bu mövsüm bəzən müdafiənin sağ cinahında oynamaq məcburiyyətində qalan “Real Madrid”in yarımmüdafiəçisi Federiko Valverde “Mançester Siti” ilə cavab matçından öncə açıqlama verib.

Futbolpress.az xəbər verir ki, uruqvaylı futbolçu İspaniya çempionatında hakimlik mövzusunda danışıb:

“Əgər bu gün əziyyət çəkdiyimiz hakimlikdən danışmıramsa, bu, özümü tanıdığım üçündür. Bütün diqqətimi sabahkı oyuna verməliyəm. İspaniya çempionatında başımıza gələnləri hamı gördü və mən bunu unutmuram. Amma indi bizim üçün sabaha diqqət yetirmək vacibdir”.

“Real” – “Mançester Siti” cavab oyunu fevralın 20-si, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. İlk oyunda madridlilər 3:2 hesabı ilə qalib gəlib.

Избранный
46
futbolpress.az

1Источники