RU

Argentina prezidenti $LIBRA kriptovalyutasını təbliğ edib?

Argentina Prezidenti Xavyer Miley bildirib ki, o, X sosial şəbəkəsindəki hesabında $LIBRA kriptovalyutasını təbliğ etməyib, sadəcə onun haqqında məlumat paylaşıb.

Valyuta.az xəbər verir ki, dövlət başçısı bu barədə Argentinanın TN telekanalına müsahibəsində danışıb.

Miley həmçinin qeyd edib ki, bu zaman vicdanlı davranıb və yeni kriptovalyutadan bəhs etmək qərarına gəlib, çünki o, fanatik texnooptimistdirş

Miley keçən cümə günü X-də yeni $LIBRA tokerini tərifləyən bir post paylaşdıqdan sonra qalmaqalın mərkəzinə düşüb. Bundan sonra onun kapitallaşması 4,56 milyard dollara çatıb, sonra isə bir neçə saat ərzində 94% azalıb. Argentinanın finteç tənzimləyicisi artıq bildirib ki, kriptovalyuta yaradıcılarının investorları aktiv şəkildə işə götürdükləri və daha sonra pulları tez bir zamanda geri çəkdikləri və digər iştirakçıları dəyərsizləşmiş tokenlərlə tərk etdikləri bir fırıldaq ola bilər. 

Miley tezliklə "layihənin təfərrüatlarından xəbərdar olmadığını" bildirib və postu silib. Bununla belə, o, ötən ilin oktyabrında $LIBRA-nın satışa çıxarılmasının arxasında duran Hayden Davis ilə görüşdüyünü etiraf edib.

Bazar ertəsi günü Argentinanın əsas fond indeksi "S&P Merval" 5,6% aşağı düşüb. Müxalifət Mileyi şübhəli kriptovalyutanın təbliğində iştirak etdiyinə görə fəal şəkildə tənqid edir və ona impiçment ilə hədə-qorxu göstərir. Argentina məhkəmələrinə bu işlə bağlı artıq təqribən yüz iddia qaldırılıb və bazar ertəsi günü federal hakim Mariya Servini bu iş üzrə araşdırma başladıb.

Paşa Məmmədli

Избранный
16
valyuta.az

1Источники