London "Arsenal"ının sabiq baş məşqçisi, fransalı mütəxəssis Arsen Venger Qətərin paytaxtı Dohada keçirilən "ATP-500" tennis turnirinə qatılıb.
Fanat.Az "Liveresult"-a istinadən xəbər verir ki, əfsanəvi mütəxəssis iki rusiyalı tennsçinin - Karen Xaçanovla Daniil Medvedevin duelini izləyib.
1/16 final mərhələsində qarşılaşan rusların görüşü zamanı bir anda Venger böyük ekranda göstərilib və tamaşaçılar fransızı uzun müddət alqışlayıblar.
Qeyd edək ki, Medvedev dünyanın altıncı raketkaçısıdır, Xaçanov isə reytinqdə 21-ci yerdədir.
Arsen Venger 1996-2018-ci illərdə "Arsenal" klubunu çalışdırıb. O, bu müddətdə üç dəfə İngiltərə Premyer Liqasının qalibi olub. Fransız mütəxəssis hazırda FİFA-nın Qlobal Futbol İnkişafı Departamentinin rəhbəri vəzifəsində çalışır.
"ATP-500" tennis turniri fevralın 17-də başlayıb və 5 gün davam edəcək.
Mirağa