“Neftçi”nin sabiq prezidenti, UEFA nümayəndəsi Orxan Hüseynzadə yeni təyinat alıb.
Sportinfo.az xəbər verir ki, o, Avropa Liqasının pley-off mərhələsinin fevralın 20-də keçiriləcək “Qalatasaray” (Türkiyə) – “AZ Alkmaar” (Niderland) görüşünün UEFA nümayəndəsi olacaq.
Qarşılaşma İstanbul şəhərində yerləşən “Ali Sami Yen” stadionunda keçiriləcək.
“Qalatasaray” Niderlandda baş tutan ilk görüşdə rəqibinə 1:4 hesabı ilə uduzub.