RU

“Bunu etməyə məcbur olmuşam...” - Video

Türkiyəli sosial media fenomeni Şeyma Subaşı uzunmüddət sonra br proqrama qonaq olub.

“Qafqazinfo” xəbər verir ki, “A Para” verilişində danışan Şeyma maraqlı açıqlamalar verib.

“O vaxt dartıb almaq yox idi, indi var. Mən heç nəyi qapmamışam, hər şey ayağıma gəlib. Allah bizi pis niyyətli insanlardan qorusun. “Canım” deyirlər, amma əslində altında böyük bir məkr var. Sən öz yolunla gedirsən, elə anlar olur ki, daxili səsinizi dinləyə bilmirsiniz və o səni digər bir yola salır, sən də bu yolla gedirsən, amma o amillərə görə gedirsən. Ona görə də səhv etmişəm demirəm, əgər səhv etmişəmsə, bunu etməyə məcbur olmuşam”, - deyə Şeyma bildirib.

Qeyd edək ki, Ş.Subaşı 2017-ci ildə məşhur aparıcı-prodüser Acun Ilıcalı ilə ailə qurub. Onların bu evlilikdən Melisa adlı qızları var. Cütlük 2018-ci ildə boşanıb.

Fenomen 2023-cü ildə 3 il münasibətdə olduğu misirli iş adamı Mohammed Alsaloussi ilə ailə qurub. Lakin bu evlilik cəmi 3 ay çəkib və onlar boşanıblar.

Избранный
38
qafqazinfo.az

1Источники