RU

İğdır Universitetində Xocalı soyqırımına həsr olunmuş konfrans keçiriləcək

Ankara, 19 fevral, AZƏRTAC

Fevralın 26-da Türkiyənin İğdır əyalətinin eyniadlı universitetində “Xocalı faciəsi və Qarabağda qələbə” mövzusunda konfrans keçiriləcək.

AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları Azərbaycan torpaqlarının 30 illik işğalı dövründə Ermənistan tərəfindən törədilən qanlı cinayətləri müzakirə edəcəklər.

Universitetin müəllimi Sozer Akyıldırım Ermənistan – Azərbaycan münaqişəsi və Azərbaycanın 44 günlük Vətən müharibəsində tarixi qələbəsi mövzusunda hesabatla çıxış edəcək.

 

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Избранный
66
8
azertag.az

10Источники