Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev2024-cü il noyabrın 15-də Bakı şəhərində imzalanmış “AzərbaycanRespublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasındaturizm sahəsində əməkdaşlıq haqqında Saziş”i təsdiq edib.
Bəs sözügedən saziş turizm əlaqələrinə necə təsiredəcək?
Dövlət Turizm Agentliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki,sazişin əsas məqsədi iki ölkə arasında turizm əlaqələrini inkişafetdirmək, qarşılıqlı təbliğat və tanıtım tədbirlərini həyatakeçirmək, eləcə də, turizm investisiyaları və peşə təhsilisahəsində əməkdaşlığı təşviq etməkdir.
"Sazişə əsasən, Azərbaycan və Türkiyə turizm sektorunda təcrübəvə bilik mübadiləsi aparacaq, turizm bazarını genişləndirmək üçünbirgə tədbirlər təşkil edəcək, eləcə də, turizm statistikaları,investisiya imkanları və qanunvericilik sahəsində məlumatpaylaşacaqlar.
Bundan əlavə, tərəflər turizm investisiyaları sahəsindəəməkdaşlığı genişləndirəcək, turizm infrastrukturunun inkişafı,daşınmaz dövlət əmlakının investorların idarəçiliyinə verilməsi vəturizm obyektlərinin təsnifatı və sertifikatlaşdırılması üzrətəcrübə mübadiləsi aparacaqlar", - agentlikdən qeyd edilib.
Vurğulanıb ki, sazişdə, həmçinin, turizm peşə təhsili sahəsindəəməkdaşlıq nəzərdə tutulur.
"Bu çərçivədə ikili diplom proqramları, turizm üzrə təhsil vətəqaüd imkanlarının araşdırılması və turizm müəssisələrinin idarəedilməsi sahəsində mütəxəssislərin hazırlanması üçün əməkdaşlıqediləcək.
Ümumilikdə, saziş Azərbaycan və Türkiyə arasında turizmsahəsində qarşılıqlı əlaqələrin dərinləşdirilməsini, turizmininkişafına yönəlmiş birgə təşəbbüslərin həyata keçirilməsini və həriki ölkənin turizm potensialının daha da genişləndirilməsinihədəfləyir", - açıqlamada deyilir.
Xatırladaq ki, Türkiyə Azərbaycan Respublikasına 2024-cü ilərzində səfər edən xarici ölkə vətəndaşları sırasında 426 241 nəfərsayla (16%) 2-ci yerdə qərarlaşıb.