RU

Aİ Ukraynaya 6 milyard avroluq yardım paketi hazırlayır

Avropa İttifaqı ölkələri Rusiya və ABŞ arasında aparılan danışıqlar fonunda Ukraynanın mövqeyini gücləndirmək istəyir və Kiyevə azı 6 milyard avro dəyərində hərbi yardım paketi hazırlayır...

Poliqon xəbər verir ki, bu barədə “Politico” qəzeti üç Aİ diplomatına istinadən yazıb. Bu paket 2022-ci ildə hərbi əməliyyatların başlanmasından bəri ən böyük paketlərdən biri olacaq. Paketin fevralın 24-ü ərəfəsində, Rusiya hərbi əməliyyatlarının başlamasının üçüncü ildönümü ərəfəsində rəsmi şəkildə elan ediləcəyi gözlənilir.

Nəşrin məlumatına görə, paketə 1,5 milyon artilleriya mərmisindən tutmuş hava hücumundan müdafiə sistemlərinə qədər hər şey daxil olacaq. Nəşrin iki mənbəsi qeyd edib ki, paketin dəyəri 10 milyard avroya qədər arta bilər, lakin hələlik Aİ ölkələri Ukraynaya nə göndərə biləcəklərini aydınlaşdırmaq üçün ehtiyatlarını öyrənirlər.

Politico qeyd edir ki, artan hərbi dəstək Ukraynaya ordusunu gücləndirməyə və Kiyev sülh danışıqlarına hazırlaşarkən Rusiyanın cəbhə xəttindəki hücumlarının qarşısını almağa və şəhərlərini hava hücumlarından qorumağa kömək edə bilər. Bu, həmçinin ABŞRusiya arasında dünən, fevralın 18-də Ər-Riyadda keçirilən danışıqlara Aİ-nin daxil edilməsi iddiasını gücləndirə bilər.

Poliqon.info

Избранный
38
16
poliqon.info

10Источники