RU

150-dən çox balina sahilə çıxıb - Qəribə hadisə

Avstraliyanın Tasmaniya ştatının şimal-qərbində 150-dən çox kiçik balina sahilə çıxıb. 

Ölkə.az xəbər verir ki, bu barədə "ABC" telekanalı məlumat verib.

Qeyd olunub ki, bu, son 50 ildə ilk belə hadisədir. Telekanalın məlumatına görə, təxminən 90 heyvan hələ də sağdır. Tasmaniya Milli Parklar və Vəhşi Təbiət Xidmətinin nümayəndəsi Brendon Klarkın sözlərinə görə, balinalar sahildə 24-48 saat qala bilərlər. Heyvanların xilasetmə əməliyyatı sahilin uzaq olması səbəbindən çətinləşir, çünki həmin əraziyə avadanlıq çatdırmaq çətindir.

Balinaların sahilə çıxmasının səbəbi hələ məlum deyil. Klark bildirib ki, Tasmaniyada belə hallar nadir deyil. 2020-ci ildə Makkuori körfəzinin sahillərinə təxminən 470 qara delfin, 2022-ci ildə isə 200 dəniz məməlisi çıxmışdı.

Həmidə İbrahimova

Избранный
17
olke.az

1Источники