RU

Saxlanılan azarkeşlərin başına nə gəlib? – “İmarət”in xəbəri yoxdu, “Forza Neftçi” isə...

Misli premyer-liqasının 23-cü turu çərçivəsində baş tutan Azərbaycan derbisindən əvvəl yaşanan insidentdən xəbərdarsız.

Xatırladaq ki, həmin hadisə nəticəsində həm “Qarabağ”ın, həm də “Neftçi”nin bir neçə azarkeşinin saxlanıldığı haqda məlumat var.

Adətən, belə hallar azarkeşlərin cərimələndikdən sonra sərbəst buraxılmasıyla nəticələnir. Bəs, həmin dörd tərəfdarın aqibəti necə oldu?

“Football-plus.az” bu sualla hər iki fanklubun üzvlərinə müraciət etsə də, qəribə cavablar eşitdi. Elnur Quliyev və Şəms Azadinin (hər ikisi “İmarət Tayfa”) fikirləri ortaq oldu:

“Saxlanılan olsaydı, xəbərimiz olardı”.

Tural Alışov (“Forza Neftçi”) isə məsələylə bağlı fanklubun rəsmi səhifəsi vasitəsilə bəyanat yaydıqlarını, başqa açıqlama vermək istəmədiklərini dedi. Sizi həmin bəyanatla tanış edirik:

“Neftçi Arena”da keçirilən “Neftçi” – “Qarabağ” oyununda yaşanan kütləvi iğtişaşların azarkeş qrupları tərəfindən planlanmadığını, bu hadisənin kiçik bir təxribatdan yarandığını bildiririk. Azərbaycan futbolunun inkişafına töhfə vermək və bundan sonra da ölkə tribunasında sağlam rəqabətin davam etməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik”.

KƏNAN BAHADIR
Избранный
30
football-plus.az

1Источники