RU

"Li Auto" rəsmi olaraq Azərbaycanda

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycanın ən böyük avtomobil idxalçılarından biri olan "Efendiler Group" "Li Auto" brendinin Azərbaycandakı rəsmi nümayəndəsi oldu.
Qeyd edək ki, "Li Auto Azərbaycan"ın müvəqqəti satış salonu Aşıq Molla Cümə küçəsi, 44B ünvanında yerləşəcək. Eyni zamanda hal-hazırda Babək Prospekti 35A ünvanında brendin bütün standartlarına cavab verən 900 m2-lik nəhəng satış mərkəzi və 300 kvadratmetrlik ofisin tikintisi davam edir və yaxın zamanda istifadəyə verilməsi gözlənilir. Texniki servisə gəldikdə isə, bu gündən etibarən alış tarixi 2024-cü ilin 31 dekabrınadək olan bütün "Li Auto" avtomobillərinə Babək Prospekti 35K ünvanında yerləşən rəsmi servisimizdə texniki xidmət göstəriləcək və bütün orijinal ehtiyat hissələri ilə təmin ediləcək.
"Efendilər Group"un icraçı direktoru Amal Əlili qeyd edir ki, satış mərkəzində "Li Auto" brendinin "L6", "L7" və "L9" modelləri təqdim olunacaq. Yaxın gələcəkdə şirkət öz müştərilərinə daha geniş model cərgəsi ilə xidmət göstərməyi planlaşdırır. Artıq bu gündən etibarən adları qeyd edilmiş modellərin sifarişi qəbul olunur və ilk avtomobillərin gəlişi növbəti iki həftədə gözlənilir.
Ətraflı məlumat əldə etmək və əvvəlcədən "Li" avtomobilinizi sifariş etmək üçün *2299 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Избранный
15
oxu.az

1Источники