RU

“Milan” Çempionlar Liqası ilə vidalaşdı

Çempionlar Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasında “Milan” San Siroda “Feyenoord”u qonaq edib.

Yenisabah.az xəbər verir ki, oyun 1-1 hesablı bərabərliklə yekunlaşıb.

Matçın 1-ci dəqiqəsində “rossionerlər”in heyətində Ximenez keçmiş komandasını məyus edib. Lakin Hollandiya təmsilçisi 73-cü dəqiqədə Karnaza ilə hesaba tarazlıq gətirməyi bacarıb.

İlk oyunda 1-0 hesablı qələbə qazanan “Feyenoord” növbəti mərhələyə yüksəlib. 7 qat Çempionlar Liqası qalibi “Milan” isə turnirlə vidalaşıb.


Telegram kanalımız
Избранный
7
yenisabah.az

1Источники