RU

"Əmək bazarında tələb-təklif balansı pozulub"

"Azərbaycanda hər il on minlərlə tələbə universitetlərə qəbul olunur və eyni zamanda minlərlə məzun diplom əldə edir. Amma əsas sual budur: bu məzunların neçəsi real iş bazarında öz yerini tapır?".

Redaktor.az xəbər verir ki, bu fikirləri təhsil mütəxəssisi Bəhman Hüseyn deyib. Onun sözlərinə görə, əmək bazarında tələb-təklif balansı artıq pozulub.

"Universitetlər iş bazarının ehtiyaclarını nəzərə almadan eyni ixtisaslar üzrə məzun axını yaradır. Nəticədə, bir tərəfdə minlərlə işsiz hüquqşünas, iqtisadçı, menecer dayanıb, digər tərəfdə isə texniki sahələrdə, peşəkar işçi qüvvəsində ciddi çatışmazlıq var.

İşəgötürənlər isə öz növbəsində universitetlərin hazırladığı kadrların praktik bacarıqlarının olmadığını bildirir. Əksər məzunlar yalnız nəzəri biliklərlə silahlanıb, amma real iş mühitindən xəbərsiz şəkildə bazara atılırlar. Universitetlər sanki fabrik kimi işləyir – tələbələri qəbul edir, dörd-beş il sonra diplom verib buraxır, amma onların gələcək taleyi ilə maraqlanmır".

Mütəxəssisin fikrincə, tələbələrin real bacarıqlar qazanmasına şərait yaratmaq lazımdır.

"Bəs çıxış yolu nədir? Təhsil proqramlarının əmək bazarına uyğunlaşdırılması, peşə yönümlü tədrisin artırılması və tələbələrin real bacarıqlar qazanmasına şərait yaradılması lazımdır".

Türkan İSGƏNDƏRLİ

Избранный
29
redaktor.az

1Источники