RU

Ölkə ərazisində internetin sürəti niyə zəifləyib?

Son zamanlar ölkə ərazisində, bölgələr başda olmaqla internetin sürəti zəifləyib.

“Heftelik.az” ” Xəbər Az”a istinadən verdiyi məlumata görə, bu barədə bölgələrdə aparılan sorğular zamanı sakinlər bildiriblər. Onların sözlərinə görə, əvvəllər internetin aylıq ödənişi az olan zaman sürət bundan qat-qat yaxşı vəziyyətdə idi. İndi isə təxmini olaraq ayda 20-27 manat arası ödəniş etmələrinə baxmayaraq sürət çox aşağıdır.

Tovuz rayon sakinlərinin sözlərinə görə, bu problem günün 24 saatı davam edir. Həmçinin onu da əlavə ediblər ki, əvvəl aylıq olaraq 15 manat ödəkdikləri halda, hazırda 25 manat aylıq internet pulu ödəyirlər. Buna baxmayaraq, internetdə donma halları, şəbəkəyə zəif qoşulma kimi problemlər çoxalıb.

Ucar rayonunda da eyni problem özünü göstərir. Sakinlərin bildirdiyinə görə, internet şəbəkəsində o qədər donma halları baş verir ki, çıxış yolunu tez-tez naqili cərəyandan ayırmaqda görürlər – bəlkə bu yolla internet sürəti bərpa olunar. Amma bir faydası olmur.

Mövcud problemlə əlaqədar İnformasiya və kommunikasiya texnologiyaları üzrə mütəxəssis Fərhad Mirəliyev bildirib ki, internet sürətini təmin edən vacib komponentlərdən biri də infrastrukturla bağlı olan məsələlərdir:

“İstifadəçi tərəfindən istifadə olunan modemlər və mobil qurğular burda əsas rol oynayan amillərdən biridir. Araşdırma zamanı məlum oldu ki, sakinlər tərəfindən istifadə olunan bu qurğular heç də hazırkı sürəti təmin etmək üçün müasir standartlara cavab vermir. Bu isə ən çox internetdən istifadə olunan pik saatlarda özünü xüsusi olaraq göstərir”.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazırliyindən verilən məlumata görə isə, ölkə ərazisində internetin sürətli olması üçün evə qədər optik xəttlər çəkilib. Amma, sakinlər tərəfindən istifadə olunan provayderlər və modem qurğular bu sürəti dəstəkləmədiyi və istifadə etdikləri modem qurğular 2-3 cihazın bir anda internetə qoşulmasını təmin edə bilmədiyi üçün bu cür problemlər yaranır.

Müəllif: Türkan_zadə

Избранный
16
heftelik.az

1Источники