RU

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI - Yekun hesabat...

AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı araşdırmaya dair yekun hesabat 2025-ci ilin sonuna qədər təqdim ediləcək.

Bunu Astanada keçirilən mətbuat konfransında nəqliyyat nazirinin müavini Talqat Lastayev bildirib.

"ICAO-nun (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) tələbləri, standartları və tövsiyə olunan təcrübəsinə əsasən, araşdırma bir il çəkir. Müvafiq olaraq, cari ilin dekabrına qədər araşdırma üzrə yekun hesabat tamamlanmalıdır", - deyə o bildirib. Xatırladaq ki, qəza dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verib. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər isə sağ qalıb. İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.

Избранный
57
16
turanpress.com

10Источники