Azərbaycan millisinin futbolçusu Ozancan Kökçünün çıxış etdiyi Finlandiyanın HİK klubu ölkə kubokunda növbəti görüşünü keçirib.
QOL.az xəbər verir ki, paytaxt təmsilçiisi A qrupunun sonuncu turunda KTP ilə üz-üzə gəlib və rəqibini 4:0 hesabı ilə məğlub edib.
Matça 72-ci dəqiqədə çıxan Kökçü 75-ci dəqiqədə komandasının 4-cü qolunu vurub.
HİK 12 xalla qrupda birinci yeri tutaraq, növbəti mərhələyə vəsiqə qazanıb..