RU

Məryəmin sizin köməyinizə ehtiyacı var: 2 yaşlı körpənin gülüşünü solmağa qoymayaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



2 yaşlı Məryəm ölümcül xəstəliklə mübarizə aparır.
Bu barədə Oxu.Az-a onun anası Turanə Bağırova məlumat verib.
O bildirib ki, bir həftə öncə qızının leykozdan əziyyət çəkdiyini öyrəniblər:
"Qızımı qan dəyərlərini yoxlatmaq üçün analizə aparmışdım. Həmin gün kəskin leykoz olduğunu öyrəndim. Hazırda Bakıda özəl xəstəxanalardan birində müalicə alırıq. Kimyaterapiya olacaq Məryəm. Həkimlər bizə 6 ay ərzində 100 min manat lazım olacağını deyiblər. Əlimdə nəyim var satmışam. 30 min manat toplaya bildim. Bu pulu toplamaq bizim üçün çox çətindir. Xalqımızdan xahiş edirəm ki, bizə dəstək olsunlar.
Məryəm hələ çox balacadır. Bədəni iynələrdən göyərib. Onun bu halına necə dözürəm, hələ də anlamıram. Mən Məryəmi ovcumun içində saxlayıram. Hər şeyinə diqqət etmişəm. İndi onu bu vəziyyətdə görəndə ürəyim dözmür. Hər dəfə onun harasısa əziləndə deyirdim ki, gəl öpüm sağalsın. Amma indi iynələr ağrıdanda deyirəm ki, Məryəm öpüm sağalsın? Mənə deyir ki, daha ana öpəndə sağalmır. 2 yaşında körpənin bunu dərk etməsi çox dəhşətlidir. Qızım üçün güclü olmaq məcburiyyətindəyəm. Xalqıma yalvarıram, qızımın yaşaması üçün dəstək olsunlar".
Ailə ilə əlaqə: (055) 779-92-71.
"Uni Bank": 5243 7544 4767 0082 (atası Namiq Bağırovun adınadır).
Избранный
41
1
oxu.az

10Источники