“ABŞ kollektiv təhlükəsizliyə töhfəsini azaltmağa qərar verərsə, Avropa Çin və ya Rusiyadan gələn təhdidlərə müstəqil şəkildə müqavimət göstərməyə hazırdır”.
Missiya.Az xəbər verir ki, bunu Avropa Parlamentinin sədri Roberta Metsola “RBC-Ukrayna”ya müsahibəsində deyib.
O bildirib ki, müdafiəmizi və təhlükəsizliyimizi gücləndirmək bizim əsas prioritetimizdir.
Onun sözlərinə görə, son illərdə Avropa İttifaqı (Aİ) birgə müdafiə xərclərini 30% artırıb və əhəmiyyətli irəliləyiş əldə edib.
Metsola qeyd edib ki, Aİ-nin əsl problemi parçalanmadır, bu isə daha yüksək xərclər və səmərəsizlik deməkdir.
Daşqın HəsənovMissiya.Az