RU

Bakıda ictimai iaşə dövriyyəsi 14% artıb

Ötən il Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 1 milyard 696 milyon manat olub.

Bu barədə "APA-Economics"ə "Bakı Şəhər Statistika İdarəsi"ndən bildirilib.

Məlumata görə, bu göstərici 2023-cü illə müqayisədə real ifadədə 13,8% çoxdur.

Paytaxtda hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 938,9 milyon manat olub ki, bu da ümumi dövriyyənin 55,4%-ni təşkil edib.

Избранный
47
2
apa.az

3Источники