RU

DİM təhsil ekspertinin ittihamına CAVAB VERDİ

Təhsil eksperti Kamran Əsədov ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları üçün elektron ərizə qəbuluna sabah start verilməsi fonunda "Abituriyent" jurnalının çap edilməməsinə narazılığını bildirib. O, məsələ ilə əlaqədar Dövlət İmtahan Mərkəzinin (DİM) ünvanına bəzi ittihamlar da səsləndirib.

Dövlət İmtahan Mərkəzindən mövzu ilə bağlı Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ərizə qəbulu başlayanda bu proseslə bağlı iştirakçılar üçün lazımi məlumatlar da təqdim olunur.

Qeyd edilib ki, ərizə qəbulu elektron formada aparılır və çox sadə bir prosesdir:

"Bundan əlavə, "Abituriyent 1" jurnalında verilən qəbul imtahanı proqramları sentyabrdan ictimaiyyətə təqdim olunub, hazırda pdf formasında saytımızda var. Buraxılış imtahanı proqramları isə "Abituriyent" jurnalının xüsusi buraxılışında artıq dərc olunub artıq.

 

Избранный
93
1
modern.az

10Источники