RU

Gürcüstana qatarla sərnişin daşımalarının bərpası ilə bağlı nazirdən AÇIQLAMA - FOTO

"Gürcüstana səfər çərçivəsində Baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşdük".

Bizim.Media xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev X səhifəsində yazıb.

"İki ölkə arasında nəqliyyat sahəsində ikitərəfli əməkdaşlığı, o cümlədən dəmiryolu ilə sərnişin daşımalarını müzakirə etdik", deyə o, əlavə edib.

Xatırladaq ki, ötən gün Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi sözügedən görüşlə bağlı məlumat yayaraq Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşımanın mayın 1-dən bərpa ediləcəyini açıqlamışdı.



Bizim.Media

Избранный
58
1
bizim.media

3Источники